Bu yolda hərəkət məhdudlaşdırılacaq

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən  verilən məlumata görə, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 24:00-dək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Loading

Next Post

<strong>Qusarda evdə partlayış: Xəsarət alan var</strong>

Qusar rayonunda evdə partlayış olub. Hadisə Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evində baş verib. Partlayış zamanı 1961-ci il təvəllüdlü Telnaz Hacımuradova yanıq xəsarətləri alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.