Baş prokuror Qaradağda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:42 Saniyə

Baş prokuror Kamran Əliyev paytaxtın Qaradağ rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev yanvarın 23-də saat 10:00-da Qaradağ rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Qaradağ rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Loading

Next Post

Azərbaycanda həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətləri rəqəmsallaşdırılacaq

Azərbaycanda həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəzərdə tutulur.Bu, bu gün Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Rəqəmsal İnkişaf Konsepsiyası”nda öz əksini tapıb. Sənəddə həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətlərinin müəyyən olunması, müvafiq xidmətlərin rəqəmsallaşdırılması və optimallaşdırılması istiqamətində tədbirlərin görülməsi, həyat hadisəsi əsaslı dövlət xidmətlərinin mütəmadi […]