Komitə: Şuşanın tarixi mərkəzini detallı bərpa edə bilərik

DogruSozTv Az
Oxunma vaxtı:47 Saniyə

Şuşa şəhərinin tarixi mərkəzini kifayət qədər detallı şəkildə bərpa edə bilərik.

Bunu Bakıda keçirilən “III Milli Şəhərsalma Forumu” çərçivəsində “Gələcək şəhərlərimiz üçün gənclərin birliyi” mövzusunda keçirilən tədbirdə Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı deyib.

“Sadəcə, bərpa prosesi çox bahalı və uzun olduğu üçün, bu, çox uzun müddət çəkəcək”, – deyə o əlavə edib.

M.İmranlı memar Elturan Avalovun arxivində Şuşanın tarixi ilə bağlı önəmli görüntülərin olduğunu deyib:

“Bu yaxınlarda Elturan müəllimin çox böyük neqativlərdən ibarət bir arxivini əldə etdik. Onun razılığı ilə bu neqativləri götürdük. Orada təxminən 1500-ə yaxın neqativ var. O, 70–80-ci illərdə Şuşanın fotolarını çəkib. Heç vaxt nə çap olunub, nə də elektronlaşdırılıb. Biz həmin prosesə başladıq, elektronlaşdırdıq və indi artıq çox rahat bilirik ki, 70–80-ci illərdə Şuşa hansı görkəmdə olub, hansı küçələr harada yerləşib. Çünki şəhər dəfələrlə dağılıb və biz onun izlərini köhnə arxivlərdən tapırıq”.

Loading

Next Post

COP29 Prezidenti: Yaşıl dünya naminə həmrəylik nümayiş etdirilməlidir

Daha yaşıl bir dünya naminə həmrəylik nümayiş etdirilməlidir. Bunu COP29-un Prezidenti Muxtar Babayev Türkiyədə baş tutan Sıfır Tullantı Forumunda çıxışı zamanı deyib. Muxtar Babayev əlavə edib ki, bu məsələdə Türkiyənin liderliyi həlledici rol oynayır: “Biz onların rəhbərliyi və istiqaməti altında irəliləyirik. “Sıfır Tullantı Hərəkatı” qlobal miqyasda tanınan bir təşəbbüsə çevrilib […]