COP29 Prezidenti: Yaşıl dünya naminə həmrəylik nümayiş etdirilməlidir

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Daha yaşıl bir dünya naminə həmrəylik nümayiş etdirilməlidir.

Bunu COP29-un Prezidenti Muxtar Babayev Türkiyədə baş tutan Sıfır Tullantı Forumunda çıxışı zamanı deyib.

Muxtar Babayev əlavə edib ki, bu məsələdə Türkiyənin liderliyi həlledici rol oynayır:

“Biz onların rəhbərliyi və istiqaməti altında irəliləyirik. “Sıfır Tullantı Hərəkatı” qlobal miqyasda tanınan bir təşəbbüsə çevrilib və bu hərəkat növbəti nəsil üçün ortaq dəyərlərin rəmzidir. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirində də tullantıların idarə edilməsinin və emissiyaların azaldılmasının əhəmiyyətini bir daha vurğuladıq”.

Loading

Next Post

Aİ rəsmisi: Sanksiyalarımızda Rusiya Prezidentinin səfərlərinə qadağa yoxdur

Rusiyaya tətbiq edilən sanksiyalar Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun aktivlərinin dondurulması ilə bağlı maddələri əhatə edir. Bu barədə ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Budapeştdə mümkün görüşü şərh verən Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper deyib. O əlavə edib […]