BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb

Oxunma vaxtı:19 Saniyə

Tədris ili ərzində Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46 531 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Loading

Next Post

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Birgə Bəyanatı imzalayıblar.