Qazaxıstan Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər

Oxunma vaxtı:35 Saniyə

Qazaxıstan neft qiymətlərinin əlverişli olacağı təqdiqdə Bolqarıstanın neft məhsulları bazarında iştirakını genişləndirə bilər.

Bunu jurnalistlərə “Samruk-Kazına” Milli Rifah Fondunun rəhbəri Nurlan Jakupov bildirib.

“Qazaxıstanın Bolqarıstanın neft məhsulları bazarında iştirakının genişləndirilməsi neftin qiymətindən asılı olacaq. Genişlənmə iqtisadi əhəmiyyət və kommersiya cəlbediciliyi olduğu halda mümkündür”, – N.Jakupov qeyd edib.

O “KazMunayQaz” SC-nin törəmə şirkəti olan “Rompetrol” şirkətinin Bolqarıstanda 56 yanacaqdoldurma məntəqəsi və terminaldan ibarət şəbəkəyə malik olduğunu xatırladıb.

“Bolqarıstanın neft məhsulları bazarında 3,7 % pay sahibiyik”, – fondun rəhbəri əlavə edib.

O hesab edir ki, Qazaxıstanın bu seqmentdə payının artırılması üçün potensial var.

N.Jakupov həmçinin Qazaxıstanın Bolqarıstanda neft emalı zavodu ala bilib-bilməyəcəyi barədə suala cavab verməkdən yayınıb və bu layihəni “kommersiya baxımından həssas” adlandırıb. (“Report”)

Loading

Next Post

Sabah bəzi ərazilərdə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22° isti, gündüz […]