Leysan, dolu… – Sabahın havası

Oxunma vaxtı:39 Saniyə

İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,

sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

Loading

Next Post

“Paşinyan İlham Əliyevdən vaxt istəyib”

“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasında dəyişikliklərə başlamaqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevdən vaxt istəyib”. Bu barədə məlumatı Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbəyə istinadən “Hraparak” qəzeti yayıb.  Qəzet yazır ki, Paşinyan Konstitusiyada dəyişikliklərə 2026-cı ildə keçirilən parlament seçkilərindən sonra başlamaq niyyətindədir: “Ola bilsin, məhz buna görə Baş nazir […]