“Paşinyan İlham Əliyevdən vaxt istəyib”

Oxunma vaxtı:22 Saniyə

“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasında dəyişikliklərə başlamaqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevdən vaxt istəyib”.

Bu barədə məlumatı Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbəyə istinadən “Hraparak” qəzeti yayıb. 

Qəzet yazır ki, Paşinyan Konstitusiyada dəyişikliklərə 2026-cı ildə keçirilən parlament seçkilərindən sonra başlamaq niyyətindədir: “Ola bilsin, məhz buna görə Baş nazir Konstitusiya islahatları Komissiyasına yeni Konstitusiyanın konsepsiyasını 2026-cı ilin dekabrında Milli Assambleyaya keçiriləcək seçkilərdən sonra təqdim etməklə bağlı göstəriş verib”.

Loading

Next Post

Oğuzun yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Cavid Əbdul-Qədirov bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.   Yeni icra başçısı 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə nazirlik yanında […]