Qazaxıstan Prezidenti: Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq

Oxunma vaxtı:29 Saniyə

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvana səfəri ərəfəsində “Armenpress”ə müsahibəsində deyib.

O bildirib ki, İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına cavab verir.

“Qazaxıstan sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır”, – deyə saytda dərc olunan xəbərdə vurğulanıb.

Xatırladaq ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək.

Səfər zamanı onun Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşü nəzərdə tutulub.

Loading

Next Post

Şərq cəbhəsində vəziyyət daha gərgindir - Baş komandan

Bu barədə cəbhə bölgəsinə növbəti səfərindən sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski teleqram kanalında yazıb. Baş komandan qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra qarşı tərəfin hücum hərəkətləri daha da güclənib. “Düşmən Liman və Baxmut istiqamətində bizim mövqelərimizə zirehli texnikanın dəstəyilə hücum qrupları ilə aktiv şəkildə hücum […]