Putin Lukaşenkonu ordenlə təltif etdi

Oxunma vaxtı:22 Saniyə

Rusiya lideri Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu Rusiya Federasiyasının ali mükafatı – Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif edib.

Məlumatı İz.ru yayıb.

Putin bu mükafatı Rusiya və Belarus arasında müttəfiqlik münasibətlərinin və strateji tərəfdaşlığın inkişafında, iki qardaş ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə, eləcə də ittifaq dövlətinin yaradılması və effektiv fəaliyyətinə verdiyi şəxsi töhfəsinə görə təqdim edib.

Qeyd edək ki, Aleksandr Lukaşenkonun avqustun 30-da 70 yaşı tamam olub.

Loading

Next Post

“Ermənistan vaxtı qəsdən uzadır, yeni silahlar alır”

“Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana […]