BMT: “Dünya sakinlərinin dörddə biri içməli sudan məhrumdur”

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

BMT-nin çərşənbə günü dərc etdiyi hesabata görə, dünya əhalisinin təxminən 26%-i təmiz və təhlükəsiz içməli sudan, 47%-i əsas kanalizasiya xidmətlərindən məhrumdur.

Hesabatda deyilir ki, planetin bütün sakinlərinin təmiz su və kanalizasiya ilə təmin olunması üçün hər il 600 milyard dollardan 1 trilyon dollara qədər vəsait ayrılmalıdır.

Bildirilir ki, dünya su istehlakı son 40 ildə təxminən 1% artıb. Eyni zamanda, təxminən 4 milyard insan ildə ən azı bir ay kəskin su çatışmazlığı şəraitində yaşayır. Bu tendensiya növbəti 30 il ərzində də davam edəcək.
Xatırladaq ki, 1993-cü ildən etibarən martın 22-də BMT-nin təşəbbüsü ilə Ümumdünya Su Günü qeyd edilir.

Mənbə: aif.ru

Loading

Next Post

Ərdoğan TDT-dən danışdı: Başda Azərbaycan olmaqla...

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük. bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-yə verdiyi müsahibəsində bildirib. TDT-yə üzv ölkələrin Türkiyəyə bütün güclərini səfərbər edərək köməklik göstərdiyini deyən Türkiyənin dövlət başçısı söyləyib: “Biz TDT ilə artıq bir bədənin üzvləri […]