KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək

Oxunma vaxtı:28 Saniyə

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası 2025-ci ilin dördüncü rübündə Qırğızıstanda keçiriləcək.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov qurumun sessiyasının yekunlarına dair bildirib.

“Biz 2025-ci ildə regional və beynəlxalq vəziyyətə dair ümumi baxışların formalaşdırılması üçün xarici siyasət sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə diqqət yetirmək niyyətindəyik”, – S.Japarov qeyd edib.

Qırğızıstan lideri həmçinin vurğulayıb ki, təşkilata sədrlik dövründə diqqət bioloji təhlükəsizliyin təmin edilməsinə, manipulyasiya yolu ilə gəncləri radikallaşmağa sövq edən destruktiv teologiya ilə mübarizəyə yönəldiləcək.

O eyni zamanda hər il kibertəhlükəsizlik üzrə beynəlxalq konfransın keçirilməsini təklif edib.

Loading

Next Post

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə – 200 […]