Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb

Oxunma vaxtı:23 Saniyə

Livan Prezidenti Cozef Aun İsraillə birbaşa danışıqlar üçün atəşkəsin bərqərar olmasının vacibliyini vurğulayıb.

“Al Jazeera“nın xəbərinə görə, Aun atəşkəsin birbaşa danışıqlar üçün başlanğıc nöqtəsi olacağını bildirib.

Prezident hökumətin Livanın cənubunda və bütün bölgələrdə eskalasiyanı dayandırmaqda maraqlı olduğunu deyib.

O, İsraillə baş tutacaq potensial danışıqlarda yalnız hökumət üzvlərinin iştirak edəcəyini əlavə edib.

“İsrail qüvvələrinin Livan ərazilərini tərk etməsi atəşkəsin möhkəmlənməsi üçün vacib addımdır. Beynəlxalq qanunla müəyyən olunmuş sərhədlərə Livan ordusu yerləşdirilməlidir”, – Livan Prezidenti qeyd edib.

Loading

Next Post

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qeyd edilib ki, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib. Xatırladaq ki, Hikmət Məmmədov (Babaoğlu) Milli Məclisin deputatıdır.