KİV: İranda helikopterin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərinin tanınması prosesinə başlanılıb

Oxunma vaxtı:17 Saniyə

İran Prezidenti İbrahim Rəisinin bu ölkənin şimal-qərbində qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərinin şəxsiyyətinin müəyyən edilməsi proseduruna başlanılıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza yerində cəsədlərin tanınması istiqamətində işlər aparılır.

Xatırladaq ki, daha əvvəl İran Prezidenti İbrahim Rəisinin helikopterində olan bütün sərnişinlər və ekipaj üzvlərinin qəza nəticəsində həlak olduğu barədə məlumat verilmişdi.

Loading

Next Post

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər İran Prezidenti vəzifəsini icra edəcək. Bu barədə IRIB telekanalı məlumat yayıb. İran KİV-lərinin məlumatına görə, M.Möhbər İran Xüsusi Şurası tərəfindən təşkil olunacaq yeni prezident seçkilərinə qədər, yəni 50 gün ərzində prezident vəzifəsini icra edəcək. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan […]