Turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi

Oxunma vaxtı:23 Saniyə

Tailandın Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhəri seçilib.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tərtibatına əsasən, Çianqmayda havada olan çirkli maddələr təhlükəsizlik həddindən 35 dəfə yüksəkdir.

Hətta bu aydan Tailand hökuməti havanın çirklənməsi ilə mübarizə üzrə tədbirlər görməyin zəruriliyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Çianqmay yüksək turizm potensialı ilə fərqlənir. Havası çirkli olan şəhər qədim məbədlərinə və digər görməli yerlərinə görə hələ də turist axınına şahidlik edir.

Loading

Next Post

Venesuela: ABŞ Latın Amerikasında sülhə təhdiddir

ABŞ ordusunun Cənub Komandanlığının ərazi mübahisəsinə və Venesuela ilə Qayana arasındakı münasibətlərə müdaxiləsi Latın Amerikasında sülhü təhdid edir. Bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes “Venezolana de Television” kanalında canlı yayımda deyib. Nazir bildirib ki, Birləşmiş Ştatlar Venesuela və Qayana arasındakı bölünməmiş dəniz şelfində və Venesuelanın daxili sularında daimi hərbi […]