Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:

Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey

Bakı şəhəri “Zəngi” liseyi

Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün […]