Erməni nazir Qarabağla bağlı mövqeyini açıqlamaqdan çəkindi

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

“Mənim Qarabağla bağlı mövqeyim hökumətin proqramında öz əksini tapıb”.

Dogrusoztv.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan KİV nümayəndələrinin suallarına cavab verərkən deyib.

Məlumata görə, Pambuxçyan jurnalistlərin ““Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deyimi ilə razılaşıb-razılaşmadığı barədə suala cavabında deyib: “Mənim mövqeyim hökumətin proqramında əks olunub, hazırda aparılan danışıqlarla tam razıyam. Bu, mənim şəxsi mövqeyimdir. Düşünürəm ki, Fövqəladə Hallar Nazirliyi və nazir belə bir qiymətləndirmə aparmaq səlahiyyətində deyil”.

Loading

Next Post

Tosu Zəngilanlı vəfat etdi

“TikTok”dakı videoları ilə tanınan Tosu Zəngilanlı (Əbülfət Abbasov) vəfat edib. Bu barədə onun yaxınları məlumat paylaşıblar.  İlkin məlumata görə, o, ötən axşam toy məclisindən evə gəldikdən sonra yatıb, səhər oyanmayıb. 1993-cü il təvəllüdlü Ə.Abbasovun nəfəs darlığından əziyyət çəkdiyi bildirilirdi.