Azərbaycan XİN “erməni qırğınları”na dair Ermənistan tərəfinin iddialarına cavab verib

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin guya 1990-cı ildə törədilmiş “qırğınlar” barədə iddialarına münasibət bildirib.

Doğrusöztv.Az xəbər verir ki, XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva rəsmi “Twitter” səhifəsində bildirib ki, münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir.

“Ermənistan Xarici İşlər Nazirliyi yenidən 1990-cı ilin yanvarında törədilmiş uydurma “qırğınlar” haqqında danışır. Ermənilərin qurban olduğu haqqında rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına səbəb olub. Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”, – deyə L. Abdullayeva paylaşımda qeyd edib.

Loading

Next Post

Türkiyə prezidenti Albaniyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın baş naziri Edi Ramanın dəvəti ilə bazar ertəsi, dekabrın 17-də bu ölkəyə səfər edəcək. Doğrusöztv.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb. Bildirilir ki, səfər zamanı tərəflər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımları müzakirə edəcəklər. Ankara ilə Tirana arasında ikitərəfli […]