Ermənistan MN-in yalanının üstü açıldı: Əsir götürüldüyü iddia edilən azmış hərbçi tapıldı

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Ermənistan Azərbaycan tərəfindən əsir götürüldüyünü iddia etdiyi hərbçisini tapıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, martın 21-də avtomobillə hərbi istehkamlara ərzaq apararkən itkin düşən Ermənistan Silahlı Qüvvələrinin hərbçisi M.Q. martın 22-də aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb.

Əsgərin həyatı üçün təhlükənin olmadığı vurğulanır.

Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüblər. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatı təkzib etmişdi.

Mənbə: NEWS.am

Loading

Next Post

Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 13 nəfər öldü - Yenilənib

Xəbər verdiyimiz kimi, ötən gün Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələ 8 ölkədə də hiss olunub. Dogrusoztv.az TASS-a istinadən xəbər verir ki, zəlzələ nəticəsində Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində azı 9 nəfər ölüb. Əfqanıstanın şərqindəki Laqman əyalətində isə iki nəfər həyatını itirib. Təbii fəlakət nəticəsində daha […]