Ceyhun Bayramov: Ümid edirik ki, iqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacaq

Oxunma vaxtı:18 Saniyə

Ümidliyik ki, COP29-da iqlim maliyyələşməsi ilə bağlı müsbət və dünya dövlətlərinin gözləntisinə uyğun olan qərar qəbul olunacaq.

“Report”un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, bu il keçirilən COP-un əsas mövzusu iqlim maliyyələşməsidir:

“Bununla bağlı COP-a hazırlıq dövründə intensiv danışıqlar, müzakirələr aparılırdı. Bu müzakirələr hal-hazırda da davam edir”.

Loading

Next Post

Sülh sazişi ilə bağlı konkret razılaşma yoxdur - XİN rəhbəri

Xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında deyib ki, danışıqlar prosesinin iki komponenti var: “Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil. […]