AFBİA: Bazar iştirakçıları səmərəli ticarət mexanizmləri yaratmalıdır

Oxunma vaxtı:57 Saniyə

Bazar iştirakçıları şəffaf və səmərəli ticarət mexanizmlərinin yaradılması üçün çalışmalıdır.

Bunu “Azərbaycan Fond Birjasi İştirakçılarının Asossasiyası” İctimai Birliyinin (AFBİA) İdarə heyətinin sədri Ceyhun Hacıyev 12-ci Beynəlxalq “Caspian Investment Forum”da bildirib.

“Sürətlə dəyişən qlobal iqtisadi şəraitdə kapital bazarlarının dayanıqlığı və rəqabət qabiliyyəti yalnız maliyyə institutları üçün deyil, bütövlükdə ölkə iqtisadiyyatı üçün həlledici rol oynayır. Bunun üçün həm dövlət qurumları, həm də özəl sektorun aparıcı nümayəndələri və beynəlxalq investorlarla birlikdə effektiv həll yollarını tapmalıyıq. Kapital bazarları sadəcə maliyyələşdirmə mənbəyi deyil, iqtisadi diversifikasiyanın və dayanıqlı inkişafın əsas sütunlarından biridir”, – o vurğulayıb.

Onun sözlərinə görə, güclü və rəqabətə davamlı fond bazarları investorlar üçün yeni imkanlar açır, yerli şirkətlərin əlverişli şərtlərlə maliyyələşməsinə şərait yaradır, ölkənin qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirir: “İnkişaf etmiş bazar iştirakçı strukturu olmadan uzunmüddətli investisiya axınını təmin etmək mümkün deyil. Biz bazar iştirakçıları olaraq, şəffaf və səmərəli ticarət mexanizmlərinin yaradılması üçün çalışmalıyıq”.

C.Hacıyev bildirib ki, xüsusilə, yeni maliyyə alətlərinin tətbiqi, yerli bizneslərin fond bazarlarına çıxış imkanlarının genişləndirilməsi, xarici investorların cəlb olunması və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunmalıdır. “Tənzimləyicilər, bazar iştirakçıları və investorlar arasında güclü əməkdaşlıq yaratmaq, şəffaflığı təmin etmək və bazarda rəqabət qabiliyyətini artırmaq vacibdir”.

Loading

Next Post

İsmail Serageldin: Bakıda keçiriləcək Qlobal Forumda 400-dən çox insan iştirak edəcək

Bakıda 2025-ci il martın 13-15-də keçiriləcək Qlobal Bakı Forumunda 400-dən çox insan iştirak edəcək. Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bu gün keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, forumda 50-dən çox ölkədən fəaliyyətdə olan və sabiq dövlət, eləcə də hökumət başçıları, həmçinin alimlər və ekspertlər iştirak […]