İsmail Serageldin: Bakıda keçiriləcək Qlobal Forumda 400-dən çox insan iştirak edəcək

Oxunma vaxtı:30 Saniyə

Bakıda 2025-ci il martın 13-15-də keçiriləcək Qlobal Bakı Forumunda 400-dən çox insan iştirak edəcək.

Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, forumda 50-dən çox ölkədən fəaliyyətdə olan və sabiq dövlət, eləcə də hökumət başçıları, həmçinin alimlər və ekspertlər iştirak edəcəklər.

“Qarşıdakı üç gün müzakirələr auditoriyadan təcrübə, fikirlər və ideyalar əldə etmək üçün açıq və səmimi olacaq. Bu il müstəsnadır, çünki beynəlxalq münasibətlər ciddi dəyişikliklərə məruz qalıb. Son bir neçə ay ərzində ABŞ Prezidenti tərəfindən qəbul edilmiş bir sıra qərarlar onlara təsir edib”, – İ.Serageldin bildirib.

Loading

Next Post

Tələbə olmaq istəyənlər çoxalır - Əmək bazarı hazırdırmı...

Cari ildə ali məktəblərə qəbul imtahanında iştirak etmək üçün 120 mindən çox abituriyent qeydiyyatdan keçib. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Bu il, həmçinin ali təhsil müəssisələrində plan yerlərinin artırılması nəzərdə tutulub. Plan yerlərinin artırılması, gənclərin ali təhsil müəssisələrinə və kolleclərə yüksək maraq göstərməsi bir çox hallarda müsbət hal hesab […]