Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb

Oxunma vaxtı:25 Saniyə

2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nə layihələrin qəbulu başlayıb.

Bu barədə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və müvafiq sahədə özəl sektorun dəstəklənməsi, bu sferada fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.

Müraciətlərin qəbulu üçün son tarix 15 iyul 2026-cı ildir.

Reqlamentlə ARKA-nın rəsmi saytında tanış olmaq mümkündür.

Loading

Next Post

Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək

Bu gün Bakıda keçirilən D-8 üzv dövlətlərinin enerji nazirlərinin I görüşü çərçivəsində Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək. Bu sənəd “təmiz enerji”, enerji bağlantısı, karbohidrogenlərin səmərəli idarə edilməsi, investisiya mühitinin gücləndirilməsi və texnoloji inkişaf daxil olmaqla əsas prioritetləri və ölkələr arasında əməkdaşlığın gələcək konturlarını müəyyən edəcək.