Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək

Oxunma vaxtı:15 Saniyə

Bu gün Bakıda keçirilən D-8 üzv dövlətlərinin enerji nazirlərinin I görüşü çərçivəsində Enerji Əməkdaşlığı üzrə Bakı Bəyannaməsi qəbul ediləcək.

Bu sənəd “təmiz enerji”, enerji bağlantısı, karbohidrogenlərin səmərəli idarə edilməsi, investisiya mühitinin gücləndirilməsi və texnoloji inkişaf daxil olmaqla əsas prioritetləri və ölkələr arasında əməkdaşlığın gələcək konturlarını müəyyən edəcək.

Loading

Next Post

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrla bugünkü görüşü zamanı ona daha əvvəl ABŞ Prezidenti Donald Trampdan aldığı xatirə hədiyyəsini göstərib. Bu, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qüvvədən düşməsinə dair memorandumdur. ABŞ Prezidenti tərəfindən imzalanmış xatirə nüsxəsində Azərbaycan rəhbərinə ünvanlanmış səmimi mesaj yer alır.