Azərbaycan Prezidenti: Neft Fondunun vəsaiti azalmayıb, Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub

Oxunma vaxtı:32 Saniyə

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

Doğrusöztv.Az xəbər verir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edib.

2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən Prezident İlham Əliyev pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Azəriqaz" mexaniki-elektron sayğacların göstəriciləri ilə bağlı məlumat yaydı

“Azəriqaz” İstehsalat Birliyi olaraq 2020-ci il dekabr ayının 31-də mexaniki-elektron sayğac istifadəçisi olan abonentlərimizdən xahiş etmişdik ki, kim sayğacının göstəricisinin 2021-ci il yanvar ayının 10-dan tez oxunaraq bazaya yüklənməsini istəyirsə, sayğacın aydın görünən və üzərində çəkilmə tarixinin əks olunduğu fotolarını Birliyin qaynar xəttinə (+99477 3 104 104) göndərsin. Belə olan […]