“Azəriqaz” mexaniki-elektron sayğacların göstəriciləri ilə bağlı məlumat yaydı

Oxunma vaxtı:57 Saniyə

“Azəriqaz” İstehsalat Birliyi olaraq 2020-ci il dekabr ayının 31-də mexaniki-elektron sayğac istifadəçisi olan abonentlərimizdən xahiş etmişdik ki, kim sayğacının göstəricisinin 2021-ci il yanvar ayının 10-dan tez oxunaraq bazaya yüklənməsini istəyirsə, sayğacın aydın görünən və üzərində çəkilmə tarixinin əks olunduğu fotolarını Birliyin qaynar xəttinə (+99477 3 104 104) göndərsin. Belə olan halda onlar üçün yeni ilin aşağı tarifli güzəştli limit həddi (illik hər kubmetri 10 qəpikdən olan 2200 kubmetr) fotonun qeydə alındığı tarixdən hesablanacaq. Əks halda mexaniki-elektron sayğacların göstəriciləri yanvarın 10-dək oxunaraq bazaya təqdim olunacaq. Bu təklif prosesi tezləşdirmək istəyən abonentlər üçün irəli sürülmüşdü.

Doğrusöztv.Az xəbər verir ki, bu barədə birliyin yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, qaynar xəttə ümumilikdə 1 334 foto daxil olub. Bu müraciətlərdən 1 192-si abonent bazasına artıq daxil edilib və müvafiq bildirişlərin həmin abonentlərə təqdim edilməsi üçün struktur bölmələrə tapşırıqlar verilib. 142 foto isə oxunmaya yararlı olmayıb.

Ümumilikdə Birlik tərəfindən 1 milyon 282 min 500 ədəd mexaniki-elektron sayğacın oxunması təmin edilməlidir. Yanvarın 6-sı günorta saatlarına qədər bu işin 31 %-i icra olunub. Fiziki sayğac oxunuşu üzrə hesabatın yanvarın 9-na günorta saatlarına yekunlaşdırılması nəzərdə tutulur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir

Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Horadiz-Ağbənd dəmir yolu da, – Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, – yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb […]