Azərbaycan-İran birgə təlimi başa çatdı – VİDEO

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan və İran hərbi qulluqçularının iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi uğurla yekunlaşıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib. Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər. Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Loading

Next Post

"Uşaqların yollarda nəzarətsiz hərəkəti..." - DYP-dən müraciət

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib.Müraciətdə deyilir: “Uşaqların yollarda nəzarətsiz hərəkəti – bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər. Hər bir valideyn bilməlidir ki, uşaqlar yol hərəkəti qaydalarını mənimsəmədən və yol təhlükələrini dərk etmədən onları küçəyə tək buraxmaq – həyatlarını riskə atmaqdır. Təhlükəsizlik yalnız yol nişanları […]