MN-in sabiq idarə rəisinin cəzası azaldılıb

Oxunma vaxtı:49 Saniyə

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Məlikməmməd Qurbanovun cəzası 6 ay azaldılıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Prokurorluq hökmdən apellyasiya protesti vermişdi.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə protest qismən təmin edilmişdi və hökm dəyişdirilərək ona 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdu.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Məlikməmməd Qurbanovun işlədiyi dövrdə dövlətə ümumilikdə 25 milyon 436 min manat ziyan dəyib. Pullar bölgü əsasında paylanılıb. Cinayət işində M.Qurbanova 542 min 438 manat çatdığı müəyyələşdirilib və həmin pul tam olaraq dövlətə ödənilib.

Loading

Next Post

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına Ağdərənin Baş planı barədə məlumat verdi. Bildirildi ki, Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin […]