Fevralın ilk gününə olan faktiki hava açıqlanıb

Oxunma vaxtı:20 Saniyə

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 1-i saat 10:00-a olan məlumata əsasən, Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvanda və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Loading

Next Post

HƏMAS daha iki israilli əsiri azad etdi

İsraillə bağlanmış atəşkəs və əsirlərin azad edilməsi ilə bağlı razılaşma əsasında HƏMAS hərəkatı bu gün daha 2 əsiri azad edib. Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb. Məlumata görə, əsirlər Qəzzanın şimalında Beynəlxalq Qırmızı Xaç komitəsinin vasitəçilərinə təhvil verilib. Daha bir israilli əsirin gün ərzində azad edilməsi gözlənilir. Azad edilmiş […]