Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

Oxunma vaxtı:40 Saniyə

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir.

Bunu ABŞ Prezidenti Donald Tramp “CBS News”a müsahibəsində bildirib.

“Mən deyərdim ki, biz qrafikdən iki həftə irəlidəyik”, – Tramp hərbi əməliyyatın nə vaxt başa çata biləcəyi ilə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, İran artıq münaqişəni davam etdirmək üçün kifayət qədər hərbi potensiala malik deyil.

“Onlar sahib olduqları hər şeyi itiriblər. Orada tam xaos hökm sürür”, – prezident qeyd edib.

Tramp əlavə edib ki, ABŞ əməliyyatın məqsədlərinə, o cümlədən İranda hakimiyyət dəyişikliyinə nail olub: “Biz öz işimizi gördük. Bərpa üçün onlara 10 il lazım olacaq. Tam rejim dəyişikliyi baş verib. Bunlar (İranda hakimiyyətə gələnlər – red.) əvvəllər barələrində heç kimin eşitmədiyi insanlardır və açığı, onlar daha ağıllı çıxdılar. Beləliklə, biz ümumi rejim dəyişikliyinə nail olduq. Bu, mühüm amildir”.

Loading

Next Post

Sabunçu rayonunun bəzi ərazilərində dörd saat işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq”ASC məlumat yayıb. Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1, 2 və […]