Tələbə universitetin mənfi II mərtəbəsinə yıxıldı – Xəstəxanalıq oldu

Oxunma vaxtı:37 Saniyə

Azərbaycan Universitetində döşəmənin çökməsi, 18 yaşlı tələbənin yıxılaraq xəsarət alması ilə bağlı məlumat yayılıb.BiG.AZ Anews.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində tələbə döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub..Hadisə ilə bağlı Azərbaycan Universitetindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib: “Universitetdə iki mərtəbənin arasında “üzərinə çıxmaq olmaz” yazısı olan yüngül panel lövhələr var. I kurs tələbəsi həmin konstruksiyanın üzərinə çıxıb. Nəticədə o, mənfi birinci mərtəbədən mənfi ikinci mərtəbəyə yıxılıb.Universitet tərəfindən tələbəyə ilkin tibbi yardım göstərilib, təcili yardım çağrılıb. Təcili tibbi yardım briqadası tərəfindən tələbəyə yerində ilkin tibbi xidmət göstərilib. Tələbə xəstəxanaya aparılıb və valideynlərinə məlumat verilib”.Universitetdən həmçinin bildirilib ki, tələbə müayinə olunub, vəziyyəti yaxşıdır və evə buraxılıb.

Loading

Next Post

Amnistiya barədə qərar layihəsi sabah MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsi sabah parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq. APA-nın xəbərinə görə, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə […]