Nazirlər Kabinetinin iki qərarı ləğv edilib

Oxunma vaxtı:29 Saniyə

Nazirlər Kabinetinin iki qərarı ləğv edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli Qərarı ləğv edilib.

Həmçinin, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 12 mart tarixli 87 nömrəli Qərarı ləğv edilib.

Loading

Next Post

Şabranda çaydan iki meyit tapılıb

Şabranda çaydan iki meyit tapılıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. […]