Tokayev: AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır

Oxunma vaxtı:28 Saniyə

“AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Embraer” tipli təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ана тілі” nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Loading

Next Post

Qazaxıstan Prezidenti BMT-yə rəhbərlik etmək planları ilə bağlı şayiələri təkzib edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı ildə BMT-yə rəhbərlik etməyi planlaşdırması ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələri təkzib edib. O, bu barədə “Ana tili” qəzetinə müsahibəsində bildirib. “Mən BMT baş katibinin müavini və Silahsızlanma üzrə Konfransın Baş katibi kimi BMT-nin Cenevrə ofisinə rəhbərlik etməli oldum. Faydalı təcrübə və beynəlxalq proseslərin mexanizmləri […]