Sabah Bakıda 36 dərəcə isti olacaq

Oxunma vaxtı:40 Saniyə

Azərbaycanda iyulun 11-də bəzi yerlərdə 36-38 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturugecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Loading

Next Post

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü – normallaşma üçün mühüm addım - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş iyulun 10-da Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi şəhərində baş tutur.Sonuncu dəfə liderlər bu il mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində görüşüblər. O zaman danışıqların məhsuldar keçdiyinə dair məlumatlar yayılmışdı. Liderlərin […]