Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Oxunma vaxtı:30 Saniyə

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.

Ağdam və Xocavənd şəhərlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 41 ailə – 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə – 206 nəfər köçürülür. Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Loading

Next Post

Kubanın XİN başçısı: ABŞ ilə danışıqlarda irəliləyiş yoxdur

Havana və Vaşinqton arasındakı danışıqlar prosesində hər hansı bir irəliləyiş yoxdur. Yenixeberorg.com xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla Amerikanın “ABC News” telekanalına müsahibəsində bildirib. “Heç bir irəliləyiş müşahidə etmirəm”, – diplomat vurğulayıb. Onun sözlərinə görə, ada dövlətinin hökuməti ikitərəfli məsələlərin geniş spektrini müzakirə etməyə […]