Yeni nazir müavini kimdir? – DOSYE

alfonsonri
Oxunma vaxtı:41 Saniyə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olunub.

Umayra Tağıyeva bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi idi.

O, aprelin 3-ü 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsi, sinoptik, mühəndis, 1993-2001-ci illərdə Hidrometeorologiya Xidmətində şöbə rəisi, 2001-2015 – ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə ETSN-nin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib. 03.04.2020-ci il tarixdən bu günədək Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində çalışıb.

22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adı, 22 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Ailəlidir, 1 övladı var.

Loading

Next Post

<strong>Hərbçimiz minaya düşərək şəhid oldu - FOTO</strong>

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. “Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, – rəsmi açıqlamada bildirilib. Qeyd […]