Pezeşkian İslam ölkələrini birləşməyə çağırdı

Oxunma vaxtı:42 Saniyə

İran prezidenti Məsud Pezeşkian Qahirədə keçirilən “İslam səkkizliyi” ölkələrinin birləşdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) sammityində Yaxın Şərq hadisələrilə bağlı çıxış edib.

Prezident Pezeşkian Qərbi bildirib ki, 14 aydan artıqdır ki, Qəzza və Cənubi Livan, indi isə Suriya İsrail rejiminin böyük hücumlarına məruz qalıb. .

Pezeşkiyan İsrailin dinc əhaliyə qarşı soyqırımına diqqət çəkərək deyib:

“Müharibədən zərər çəkmiş qadın, uşaq və digər insanların öldürülməsi İsrail rejimin qeyri-qanuni məqsədlərinin təhlükəsizliyin yayılmasında yeni ölçülərini ortaya qoydu”.

Pezeşkian çıxışına davam edərək vurğulayıb ki, İslam ölkələri birləşməli və İsrailin rejimin təcavüzünə qarşı durmalıdırlar.

“Ümid edirəm ki, Misirin D-8 Təşkilatına sədrliyi dövründə üzvlər arasında dostluq və qardaşlığın dərinləşəcəyinə və hərtərəfli əməkdaşlığın artırılması prosesində ciddi addımlar atılacağına şahid olacağıq”.

Prezident Pezeşkian həmçinin vurğulayıb ki, İran D-8 müştərək ideya bankı və kapitalı, müştərək elm və texnologiya parkları yaratmağa, professor və tələbə mübadiləsinə, gənclərə sahibkarlıq təlimləri verməyə hazırdır.

Loading

Next Post

Tovuzda məktəbdə baş verən hadisə nazirliyin nəzarətindədir - RƏSMİ

Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir. Bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. “Hadisə nəticəsində zərər çəkmiş […]