Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Oxunma vaxtı:27 Saniyə

Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verdi.

Şimali Makedoniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Loading

Next Post

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Qeyd edək ki, ötən prosesdə dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə […]