Fransada yeni parlament seçkiləri 2025-ci ilin ikinci yarısında keçirilə bilər

Oxunma vaxtı:43 Saniyə

Fransada 2025-ci ilin ikinci yarısında yeni parlament seçkiləri keçirilə bilər.

Vəziyyətin bu cür inkişaf ssenarisi “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən proqnozlaşdırılıb.

Agentliyin məlumatında qeyd olunub ki, “Fitch” Fransanın xarici və milli valyutada uzunmüddətli emitent defoltu reytinqlərini “AA-” səviyyəsində təsdiqləyib, reytinq proqnozu “mənfi”dir.

“Fitch” Fransanın dövlət borcunun 2028-ci ilə qədər ÜDM-in 120 %-nə çatacağını proqnozlaşdırır ki, bu da “AA” reytinqinə malik ölkələr arasında ikinci ən böyük göstərici olacaq.

“Fransada 2024-cü ildə keçirilmiş növbədənkənar seçkilərdən və 2025-ci il büdcəsi haqqında qanun layihəsinə görə Barnye hökumətinin müvəffəqiyyətsizliyindən sonra ölkədə siyasi böhran və qütbləşmə güclənib. Baş nazir Bayrunun rəhbərlik etdiyi hazırkı sağ mərkəz koalisiyasının Milli Assambleyada mütləq çoxluğa malik olmaması iqtisadi və fiskal qərarların qəbulunu çətinləşdirir. Biz yeni seçkilərin, böyük ehtimalla, 2025-ci ilin ikinci yarısında elan ediləcəyini gözləyirik. Lakin iqtisadi siyasətin nəticələri və təsirləri son dərəcə qeyri-müəyyəndir”, – agentlik vurğulayıb.

Loading

Next Post

Leyla və Arzu Əliyevalar UNEC-də Çin dili təhsili alan tələbələrlə - FOTOLAR

Martın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant Çin dili üzrə tədrisin növbəti mərhələsinin açılışı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirin açılışında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor […]