Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Oxunma vaxtı:37 Saniyə

Azərbaycanda iyulun 17-də havanın 38 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.

Loading

Next Post

Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən hər üç ölkədən keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu ilin noyabrında Azərbaycanda icra olunacaq “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilib. Təlimdə üç ölkənin hərbi qulluqçuları […]