Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb

Oxunma vaxtı:35 Saniyə

Azərbaycanda ət məhsullarının istehsalının artımının qarşısında duran hədəflərdən, yaxud çağırışlardan biri odur ki, istehsal həm mövcud tələbatı, həm də artan istehlakı qarşılamalıdır.

Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövcud ət istehlakının istehsal hesabına təmin edilməsi hədəflənir: “Paralel olaraq başa düşürük ki, növbəti dövrlərdə ölkədə ət istehlakı da artacaq. Bu istiqamətdə son illərdə istehlak artım qeydə alınıb. Məsələn, 2025-ci ildə quş ətinin istehlakında 2021-ci illə müqayisəsində adambaşına 2 kiloqramdan çox artım olub. Bu göstərici mal əti ilə bağlı təxminən 1,6 kiloqramdır”.

Loading

Next Post

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə təşkil etdiyi mediatur çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Şuşa şəhərində yağış və tullantı sularının yığılması və təmizlənməsi üçün nəzərdə […]