Xəzər dənizində zəlzələ olub

Oxunma vaxtı:18 Saniyə

Xəzər dənizində zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Məlumata görə, maqnitudası 3.2 olan yeraltı təkan yerli vaxtla saat 09:57-də qeydə alınıb. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 18 zəlzələ olub.

Loading

Next Post

Bəzi ərazilərdə dumanla bağlı görünüş məsafəsi 1000 metrədək məhdudlaşır

Hazırda Azərbaycanın bəzi yerlərində duman müşahidə olunur.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Quba, Qusar, Şabran və Saatlıda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşır. Dumanlı hava şəraitinin aprelin 23-24-də fasilələrlə davam edəcəyi gözlənilir.