Bəzi ərazilərdə dumanla bağlı görünüş məsafəsi 1000 metrədək məhdudlaşır

Oxunma vaxtı:16 Saniyə

Hazırda Azərbaycanın bəzi yerlərində duman müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Quba, Qusar, Şabran və Saatlıda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin aprelin 23-24-də fasilələrlə davam edəcəyi gözlənilir.

Loading

Next Post

Ağcabədidə Kür çayı bəndi yarıb

Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.“Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb. Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan çox artması olub. Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda […]