Ağcabədidə Kür çayı bəndi yarıb

Oxunma vaxtı:17 Saniyə

Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.

“Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.

Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan çox artması olub.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.

Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.

Loading

Next Post

Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 26-da Göyçay rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Göyçay, İsmayıllı, Şamaxı, Ağdaş, Ucar, […]