Gələn ilə Kəlbəcərdəki müasir təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır

DogruSozTv Az
Oxunma vaxtı:25 Saniyə

Kəlbəcərdə modul tipli məktəb şagirdlərin təhsilində fasilə yaranmaması üçün yaradılıb və müvəqqəti xarakter daşıyır.

Bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva bildirib.

Onun sözlərinə görə, artıq növbəti ilə Kəlbəcərdə yeni, müasir və unikal təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır.

Qeyd olunub ki, təməli 2023-cü ildə qoyulan tədris ocağı ümumilikdə 2.24 hektar ərazini əhatə edir. 528 şagird üçün ümumtəhsil məktəbi, 80 yerlik uşaq bağçası, 70 yerlik yataqxana və peşə təhsili üçün 7 fərqli emalatxana tikintisi nəzərdə tutulub.

Loading

Next Post

Samuxda avtomobil mağazaya çırpılıb, 4 nəfər xəsarət alıb

Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Samux şəhəri ərazisində qeydə alınıb. “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və daha 3 nəfər xəsarət alıb. Xəsarət alanlarlar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.