Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq

Oxunma vaxtı:38 Saniyə

Bu gün Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Quba Elektrik Şəbəkəsində yerləşən 35/6 kV-luq “Quba” yarımstansiyasında iyunun 11-də əsaslı təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar rayonun bir sıra kəndlərində və şəhər ərazisində elektrik xətləri sifarişə əsasən açılacaq. Saat 10:00-dan saat 16:00-dək Nəriman Nərimanov, Qasım İsmayılov, Səməd Vurğun, Yusif Qasımov, Memar Əcəmi, Məhəmməd Əmin Rəsulzadə, Əliqulu Nərimanov, Əliheydər Orucov, Arif Hüseyzadə, 223 Atıcı diviziya, Molla Pənah Vaqif, Gənclər, Hacıbaba Əliyev küçələri, Heydər Əliyev prospekti, həmçinin rayonunun Ağbil, Aşağı Atuc, Dağlı, Əlibəyqışlaq, Mirzəməmmədkənd, Vladimirovka kəndləri, Qırmızı Qəsəbə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları, yaxud 1,5 % artaraq 71,85 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,60 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]