Laçında bir sıra dövlət qurumlarının fəaliyyəti təmin edilib

Oxunma vaxtı:28 Saniyə

Laçında Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, “Azəriqaz”, “Azərsu”, “Azərişıq”, “Azərenerji” və digər qurumların fəaliyyəti təmin edilib.

Bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin qurumların əməkdaşlarının öz ailələri ilə birlikdə Laçında yaşayışının təmin edilməsi də həyata keçirilib:

“Laçında yaxın zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı, Operativ və Sosial Təminat Agentliyinin və ASAN Xidmət Mərkəzinin fəaliyyəti təmin olunacaq. Eyni zamanda, növbəti mərhələdə tikinti işlərinin sürətli şəkildə aparılması nəzərdən keçirilir. Sakinlərin 2026-cı ilə qədər qarşıya qoyulan hədəflərə uyğun köçürülməsi təmin ediləcək”.

Loading

Next Post

İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib. Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı milli abidənin önünə əklil qoydu. Sonra “Fatihə” surəsi oxundu. Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü […]