Kamran Əliyev bu tarixdə vətəndaşları qəbul edəcək

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy və Daşkəsən rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Loading

Next Post

İlham Əliyev Laura Loxmanı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib. Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunulub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulanıb. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan ilə […]