Azərbaycanda iki rayon ləğv edildi

Oxunma vaxtı:36 Saniyə

Prezident İlham Əliyev “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunu təsdliqləyib.Qaynarinfo xəbər verir ki, dəyişikliyə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib.Ləğv edilmiş Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilib.

Loading

Next Post

Türkiyə XİN-dən Azərbaycana başsağlığı mesajı

“Bakıda bu gecə baş verən partlayış nəticəsində ölənlərin və yaralıların olduğunu üzüntü ilə öyrəndik. Azərbaycandakı qardaşlarımızın acısını paylaşırıq, həyatını itirənlərə rəhmət, ailələrinə başsağlı və səbir, yaralılıara tezliklə şəfa tapmağı diləyirik”. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “Twitter” səhifəsində yazıb.(oxu.az)