Azərbaycanda “Omikron” ştammına rast gəlinməyib – Hande Harmancı

Oxunma vaxtı:42 Saniyə

Azərbaycanda hələlik “Omikron” ştammına rast gəlinməyib.

Doğrusöztv.Az-ın məlumatına görə,bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşündə deyib.

O qeyd edib ki, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir.

“Vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır. I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir. Tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar. Son zamanlar mütəxəsislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər”,-deyə o bildirib.

ÜST-ün Azərbaycandakı nümayəndəsi COVID-19 virusunun yeni ştammlarından da söz açıb. 5-14 yaş arası uşaq və yeniyetmələr arasında “Delta-M” və “Omikron” ştamlarına yoluxma hallarının artdığını bildirən Hande Harmançı, Azərbaycanda hələlik “Omikron” ştammına rast gəlinmədiyini də qeyd edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Gənclərlə səmərəli iş üçün yeni platformalar yaratmaq və inkişaf etdirmək lazımdır - Fərid Qayıbov

Gənclərlə səmərəli iş üçün yeni platformalar yaratmaq və inkişaf etdirmək lazımdır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov bu gün 2-ci Gənc sahibkarlar forumunda çıxışı zamanı deyib. “Azərbaycan Prezidenti İlham Əliyev məni bu vəzifəyə təyin etməzdən qabaq bir sıra tapşırıqlar verdi və hazırda bu tapşırıqlar çərçivəsində işlər […]